İşçilərindən Nüsrətlə bağlı yeni İDDİA

08:17 - 19 Noyabr 2021

İşçilərindən Nüsrətlə bağlı yeni İDDİA

Türkiyəli məşhur aşpaz Nüsrət Gökçedən Nyu-Yorkdakı restoranında çalışan işçiləri şikayətçi olub.

 

Manşet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, amerikalı Ancelo Maher və Elizabet Kruz onlara çətin işlər verildiyini, ancaq türk işçiləri qoruduqlarını bildiriblər.

Bundan əlavə, iddia ediblər ki, rəhbərlik onlardan restorana gələn bəzi müştərilərin ətin halal olub-olmadığını soruşduqlar zaman yalan danışmalarını tələb edib.

Kruz bir gün onun işdən evə göndərilərək "Qısa ətək, açıq üst geyimi və dikdaban ayaqqabı geyin, gəl" dediklərini də söyləyib.

Gökçe və vəkili bu barədə hələlik açıqlama verməyib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az