ABŞ-də 200-dən çox sərnişin belə təxliyə edildi - VİDEO

15:20 - 11 Yanvar 2025

ABŞ-də 200-dən çox sərnişin belə təxliyə edildi - VİDEO

ABŞ-nin Atlanta şəhərinin hava limanında “Delta Air” aviaşirkətinə məxsus təyyarədən 200-dən çox sərnişin təxliyə edilib. 

 

Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Minneapolisə uçmalı olan təyyarənin mühərrikində problem aşkar edilib. 

Bunun ardınca, sərnişinlərin təcili təxliyəsi barədə qərar verilib. Proses zamanı 4 nəfər yüngül xəsarət alıb. 

Sərnişinlərdən birinin sözlərinə görə, təyyarə hərəkətə başlayarkən mühərrikdə yanğın qeydə alınıb. 

Bununla belə, sözügedən iddia ilə bağlı rəsmi açıqlama verilməyib.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az