Rusiyada bu hava limanları da bağlandı

16:39 - 11 Yanvar 2025

Rusiyada bu hava limanları da bağlandı

Ulyanovsk və Samara hava limanlarının fəaliyyəti müvəqqəti məhdudlaşdırılıb.


Manset.az xəbər verir ki, bu barədə “Rosaviasiya” məlumat yayıb.

"Mülki hava gəmilərinin uçuş təhlükəsizliyini təmin etmək üçün Ulyanovsk (Baratayevka) hava limanında Moskva vaxtı ilə saat 13:40-dan (Bakı vaxtı ilə 14:40) və Samara (Kurumoç) hava limanında Moskva vaxtı ilə saat 14:00-dan (Bakı vaxtı ilə 15:00) təyyarələrinin qəbulu və yola salınmasına müvəqqəti məhdudiyyətlər tətbiq edilib", - məlumatda qeyd olunub.

Bundan əvvəl Saratov hava limanında məhdudiyyətlərin tətbiq olunduğu bildirilirdi.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az