Dünyanın ən məşhur YouTube blogeri MrBeast, TikTok-un ABŞ-da bloklanmasından xilas olmaq üçün sosial şəbəkəni əldə etmək istədiyini açıqlayıb.
Manset.az xəbər verir ki, o, bu barədə X-də yazıb.
"Yaxşı, yaxşı, mən TikTok-u alacağam ki, bloklanmasın", - bloger yazıb.
MrBeast bildirib ki, postu dərc etdikdən sonra bir neçə milyarder ona müraciət edib.
"Gəlin görək, bunu edə bilərikmi" - o, qeyd edib.
Bundan əvvəl, ABŞ prezidenti Co Bayden aprel ayında platformanın sahibi olan Çin şirkəti "ByteDance" yaxın 270 gün ərzində ABŞ-dakı biznesini satmasa, TikTok-u ölkədə qadağan edən qanun layihəsini imzalamışdı. Donald Tramp vəzifəyə gəldikdən sonra məsələyə qərar verə bilməsi üçün Ali Məhkəməni qadağanı təxirə salmağa çağırıb.