İsrail Ordusu Yəməndən gün ərzində atılmış ikinci raketi vurdu

18:47 - 18 Yanvar 2025

İsrail Ordusu Yəməndən gün ərzində atılmış ikinci raketi vurdu

İsrail ordusu Yəməndən gün ərzində atılmış ikinci raketi vurub.

 

Manset.az xəbər verir ki, bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, raket təhlükəsi ilə əlaqədar Qırmızı dəniz sahilində yerləşən Eylat şəhəri və ölkənin cənubundakı Arava vadisinin bəzi ərazilərində hava xəbərdarlığı edilib.

Ordunun mətbuat xidməti raketin İsrailin hava sərhədindən kənarda vurulduğunu bildirib. Həlak olan və ya dağıntılar barədə məlumat verilmir.

Qeyd edək ki, bu, Yəməndən İsrailə doğru səhər saatlarında da raket atılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az