"Ukraynada ilin sonuna qədər seçkilər keçirilməlidir" - ABŞ-nin xüsusi nümayəndəsi

07:40 - 02 Fevral 2025

\"Ukraynada ilin sonuna qədər seçkilər keçirilməlidir\" - ABŞ-nin xüsusi nümayəndəsi

ABŞ Ukraynada 2025-ci ilin sonuna qədər prezident və parlament seçkilərinin keçirilməsini zəruri hesab edir.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ-nin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq deyib.

"Kiyev yaxın aylarda Moskva ilə atəşkəs haqqında danışıqlar apara bilsə, ilin sonuna qədər seçkilər baş tuta bilər", - Kelloq bildirib.

Qeyd edək ki, Volodimir Zelenskinin dövlət başçısı kimi səlahiyyət müddəti 2024-cü il mayın 20-də başa çatıb. Həmin vaxt Ukraynada prezident seçkiləri hərbi vəziyyət və ümumi səfərbərliyə əsaslanaraq ləğv edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az