Suriya prezidenti bu tarixdə yeni hökuməti elan edəcək

15:09 - 27 Mart 2025

Suriya prezidenti bu tarixdə yeni hökuməti elan edəcək

Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şaraa ərəb respublikasının yeni hökumətinin tərkibini martın 29-da elan edəcək.

 

Manset.az xəbər verir ki, bu barədə "Əl Hadath" telekanalı məlumat yayıb.

Məlumata görə, yeni kabinet dekabrın 10-dan Məhəmməd əl-Bəşirin rəhbərlik etdiyi keçid hökumətini əvəz edəcək.

Əl Hadath mənbələri qeyd edib ki, hökumət inklüziv olacaq və əsasən texnokrat nazirlərdən ibarət olacaq. Daxili İşlər, Xarici İşlər və Müdafiə nazirliklərinin hazırkı rəisləri öz vəzifələrini qoruyacaqlar.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv