"Nasizmə aparan ilk mərhələ millətçilikdir".
Manset.az Rusiya KİV-ə istinadla xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin bildirib.
Dövlət başçısı vurğulayıb ki, millətçiliyin vətənpərvərliklə heç bir əlaqəsi yoxdur.
"Millətçilik sadəcə olaraq öz etnik qrupunun nümayəndələrinə məhəbbətə deyil, başqalarına nifrətə əsaslanır. Millətçiliyin mahiyyəti budur. Vətənpərvərlik tamam başqa məsələdir. Vətənini sevmək başqalarına nifrət etmək deyil",-deyə Putin qeyd edib.
Yeganə