Ukrayna 90 günlük atəşkəsə hazırdır

21:30 - 30 Aprel 2025

Ukrayna 90 günlük atəşkəsə hazırdır

Ukrayna Rusiyanın razılığı halında minimum 30 günlük atəşkəsə hazırdır.


Manset.az Oxu.az-a istinadla xəbər verir ki, bu barədə Ukrayna xarici işlər naziri Andriy Sibiha "Telegram" kanalında açıqlama verib.

"Rusiya ən azı 30 günlük real atəşkəsə razılıq verməklə sülh danışıqlarına hazır olduğunu sübut edə bilər. Əgər Rusiya 60 və ya 90 günlük atəşkəsə razıdırsa, biz də hazırıq", - o yazıb.

Nazir Kiyevin Moskvanın "sülhə doğru çətin yola hazır olduğunu" görmək istədiyini vurğulayıb. O, Rusiyanı real və uzunmüddətli atəşkəsə razı olmağa çağırıb ki, bundan sonra danışıqlar başlasın.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv