Hitlerin ölümü ilə bağlı həqiqət ortaya çıxdı

22:18 - 30 Aprel 2025

Hitlerin ölümü ilə bağlı həqiqət ortaya çıxdı

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Adolf Hitlerin intiharı ilə bağlı yeni detallar açıqlayan əvvəllər məxfi saxlanılan arxiv sənədlərini ictimaiyyətə təqdim edib.


Manset.az Baku.ws-ə istinadla xəbər verir ki, nəşr olunan sənədlərdə ən diqqətçəkən məqam SS oberşturmbanfüreri Haynts Lingenin ifadələridir. İnsan Hüquqları Şurasının üzvü Eva Merkaçeva bu ifadələrin əhəmiyyətini vurğulayıb. O, əvvəllər jurnalist olaraq nasist liderin ölümü ilə bağlı araşdırma aparıb və FTX arxivində saxlanılan əsas dəlil – Hitlerin çənəsini də öyrənmək imkanı əldə edib.

Nəzarət atəşini köməkçisi edib

Merkaçeva bildirib: "Lingenin ifadələri nəyə görə vacibdir? Çünki nasist Almaniyasının liderinin ölümü ilə bağlı cəmiyyətdə formalaşmış təsəvvürləri dəyişir. Çoxları hesab edir ki, Hitler əvvəlcə zəhər içib, sonra özünə atəş açıb. Amma sənədlər göstərir ki, bu, belə olmayıb".

Yeni açıq sənədlərə görə, nəzarət atəşini Linge özü edib.

"Təhqiqat zamanı, indi bu sənədlərdə gördüyümüz kimi, əvvəlcə Linge deyirdi ki, Hitler özünü gicgahından atəş açaraq öldürüb. Lakin onu Moskvadakı NKVD-nin Butırka həbsxanasına köçürəndən sonra ifadəsini dəyişib və etiraf edib ki, atəşi özü açıb", – deyə Merkaçeva bildirib.

Köməkçi bu addımı niyə atdığını da izah edib:

"Linge Hitlerin gicgahına atəş açıb ki, göstərsin: guya o, əsgər kimi dünyasını dəyişib. Beləcə, o, Hitlerin ölümünü qəhrəmanlaşdırmaq istəyib", – Merkaçeva əlavə edib.

Heç bir dublörü olmayıb

Linge həmçinin Hitlerin dublörünün olub-olmaması ilə bağlı da ifadə verib. Xatırladaq ki, mediada dəfələrlə Hitler əslində bünkerdə yox, dublörü vasitəsilə "öldürülüb", özü isə Argentinada yaşayıb kimi iddialar səsləndirilib.

Ancaq SS zabiti olan Linge sənədlərdə inamla bildirir ki, Hitler heç bir dublörə malik olmayıb və onun bünkerdən çıxması da mümkün deyildi, çünki oradan yalnız bir çıxış yolu olub.

Onun sözlərinə görə, Hitleri intihara aparan dörd əsas səbəb olub:

Berlindən qaçmağa cəhd etməyə qorxması;

Mübarizəni davam etdirməyin artıq mənasız olduğunu anlaması;

Qüruru səbəbilə qalib tərəfin qarşısında təslim olmaq və danışıqlara getmək istəməməsi;

Fiziki cəhətdən ağır vəziyyətdə olması.

Hitler xəstə bir insan idi

Merkaçeva əlavə edib ki, Hitlerin sağlamlıq durumu çox pis olub. O, FTX arxivində saxlanılan çənə qalıqlarını araşdırarkən bunun açıq izlərini görüb.

"Çənə tam deyildi – alt və üst çənə ayrı-ayrı hissələrdən ibarət idi. Alt çənədə qızıldan kron, qızıl teli, qızıl asqı və porselen var idi. Mütəxəssislər deyir ki, əvvəllər belə materialların bir yerdə istifadəsi adi hal idi. Üst çənədə isə demək olar ki, təbii heç nə qalmamışdı – əsasən porselen və qızıl dayaqlar", – deyə o bildirib.

Merkaçeva əlavə edib ki, çənəni əlində tutanda maraqlı hisslər keçirdiyini də xatırlayıb:

"O an düşündüm ki, bu adam da insandır, çünki onun dişləri adi insan dişləri idi, canavar dişləri deyil".

Bununla yanaşı, o vurğulayıb ki, Hitlerin dişləri demək olar ki, tamamilə sıradan çıxmışdı – bu da onun bədəninin zəiflədiyini və ağır xəstə olduğunu göstərir.

"Dişlərin vəziyyəti insanın sağlamlıq səviyyəsini göstərir. Hitlerin isə demək olar ki, heç bir təbii dişi qalmamışdı. Bu, onun zəif və xəstə biri olduğunu sübut edir", – deyə Merkaçeva yekunlaşdırıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv