Qaz kəmərində partlayış- Ölənlər var  

23:17 - 30 Aprel 2025

Qaz kəmərində partlayış- Ölənlər var  

Misirin Sitt-Oktobr şəhərində qaz kəmərində partlayış baş verib.


Manset.az xəbər verir ki, bu barədə yerli "Youm7" portalı məlumat yayıb.

Bildirilir ki, partlayış nəticəsində 3 nəfər həlak olub, 18 nəfər yaralanıb. Yaxınlıqda dayanan bir neçə avtomobil də yanıb.

İlkin məlumata görə, hadisəyə borudan qaz sızması səbəb olub. Hazırda yerli prokurorluq hadisənin başvermə şəraitini araşdırır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv