İsrail yanğınlarla bağlı yardım istədi

23:23 - 30 Aprel 2025

İsrail yanğınlarla bağlı yardım istədi

Qüdslə Təl-Əviv arasındakı 5 yaşayış məntəqəsi yanğınlar səbəbilə boşaldıldığı halda, İsrail hökuməti beynəlxalq yardım çağırışı edib. Yanğın İsrailin bazalarına da çatıb, çoxlu əsgər alovlar arasında qalıb.


Manset.az-ın xarici KİV-ə istinadən məlumatına görə, İsrail yanğınsöndürmə idarəsi Qüds ilə Təl-Əviv arasındakı Eştaol meşəsində başlayan və yayılan yanğın səbəbilə Neve Şalom, Bekoa, Taoz, Nashon və Mesilat Sion yaşayış məntəqələrinin boşaldıldığını açıqlayıb.



İsrail dövlət televiziyası KAN, Təl-Əviv vasitəsilə yanğınlara cavab vermək üçün Yunanıstan, Xorvatiya, İtaliya və Cənubi Kipr Rum Administrasiyası da daxil olmaqla 6 ölkədən beynəlxalq yardım istənilib. Beləliklə, yanğınsöndürmə təyyarələrinin gəlməsi üçün hazırlıqlara başlanılıb.

Yeganə

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv