Hindistanın Bihar əyalətində yerləşən bir məktəbdə yüzlərlə şagird məktəb naharından sonra zəhərlənib.
Manset.az-ın məlumatına görə, qidada ilan qalığı aşkarlandığı iddia edilir.
Nahar menyusunda olan yeməkdə ilan qalığı olması nəticəsində çox sayda uşaq özünü pis hiss edib. Zəhərlənən şagirdlərdən ən azı 22 nəfəri xəstəxanaya yerləşdirilib.
Hadisə yerli əhali arasında ciddi narazılığa səbəb olub. Valideynlər məktəblərdə verilən yeməklərə daha ciddi nəzarət tələb ediblər.
İlkin araşdırmalara başlanılıb.