Şri-Lanka dünyada boşanma nisbətinin ən aşağı olduğu ölkələrdən biridir.
Manset.az-ın məlumatına görə, bu cəmiyyətdə evlilik yalnız sevgi deyil, həm də dini və mədəni öhdəlik kimi qəbul olunur.
Boşanma kənd yerlərində demək olar ki, tabu sayılır. İqtisadi asılılıq, xüsusilə qadınlar üçün, ailəni tərk etməyi çətinləşdirir. Sosial qınaq qorxusu da münasibətlərin davam etməsində mühüm rol oynayır.