Sürücü avtomobili ilə insanların üzərinə sürdü - 2 nəfər öldü

08:30 - 05 May 2025

Sürücü avtomobili ilə insanların üzərinə sürdü - 2 nəfər öldü

Filippinin paytaxtı Manilada yerləşən Ninoy Aquino Beynəlxalq Hava Limanının girişində faciəvi hadisə baş verib. Sürücülərdən biri idarəetməni itirərək avtomobili ilə insanların üzərinə sürüb. Nəticədə biri 4 yaşlı qız uşağı olmaqla 2 nəfər ölüb, bir neçə nəfər isə yaralanıb.


Manset.az xəbər verir ki, hadisə ilə bağlı hava limanından verilən açıqlamada bildirilib ki, insident "yol-nəqliyyat qəzası" kimi qiymətləndirilir. Məlumata görə, nəqliyyat vasitəsi təhlükəsizlik baryerlərini aşaraq birbaşa NAIA Terminal 1-in girişindəki piyada yoluna daxil olub.

Rəsmi qurumlar yayılan görüntülərin sosial mediada narahatlıq yaratdığını qəbul edərək vətəndaşları təsdiqlənməmiş məlumatlara inanmamağa çağırıb: "Hadisə ilə bağlı ictimaiyyəti düzgün məlumatlandırmaq üçün ən qısa zamanda rəsmi açıqlamalar paylaşılacaq."

Qəzadan sonra yaralanan şəxslər xəstəxanaya çatdırılıb, sürücü isə polis tərəfindən saxlanılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az