81 gündən sonra Qəzzaya ilk yardım

09:06 - 22 May 2025

81 gündən sonra Qəzzaya ilk yardım

İsrailin Qəzza zolağında 81 gün davam edən tam blokadasından sonra əraziyə ilk dəfə yardım maşınlarının keçidi təmin edilib.


Manset.az xəbər verir ki, bu barədə Qəzza hökumətinin Media Ofisindən məlumat verilib.

Məlumata görə, əksəriyyəti beynəlxalq və qeyri-hökumət təşkilatlarına məxsus olan 87 yardım maşını blokadadan sonra bölgəyə daxil olub.

Media Ofisinin direktoru İsmayıl əl-Savabite açıqlamasında bildirib ki, bu, son 81 gündə bölgəyə daxil olan ilk humanitar yardımdır.

Yardımların bölgədəki beynəlxalq və yerli təşkilatlar vasitəsilə ehtiyacı olanlara paylanacağı bildirilib.

Digər tərəfdən, Qəzza Şəxsi Nəqliyyatçılar Dərnəyinin rəhbəri Nahid Şuhaybir bölgəyə daxil olan yük maşınlarının sayının 92 olduğunu açıqlayıb.

Onun sözlərinə görə, onlardan 75-i unla dolu olub və cənubla mərkəzi bölgələrdəki çörək zavodlarına göndərilib. Yardımlar Kerem Əbu Səlim sərhəd-keçid məntəqəsi vasitəsilə çatdırılıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv