ABŞ-İran danışıqlarının beşinci raundu başa çatdı

22:18 - 23 May 2025

ABŞ-İran danışıqlarının beşinci raundu başa çatdı

İran və ABŞ nümayəndələri arasında danışıqların beşinci raundu başa çatıb. Omanın xarici işlər naziri Bədr əl-Busaidi bildirib ki, danışıqlarda irəliləyiş əldə olunub, lakin proses İranın nüvə proqramı ilə bağlı problemin yekun həllinə gətirib çıxarmayıb.


Manset.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə nazir sosial şəbəkədə yazıb.

O, ümid etdiyini bildirib ki, "əsaslı və xoşməramlı razılığa" nail olmaq üçün "yaxın günlərdə qalan məsələlərə aydınlıq gətirmək" mümkün olacaq.

Xatırladaq ki, danışıqların beşinci raundu mayın 23-də Romada baş tutub. Oman danışıqlar prosesində vasitəçi kimi çıxış edir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv