Rusiya ilə Ukrayna arasında növbəti əsir mübadiləsi gerçəkləşib.
Manset.az xəbər verir ki, bu haqda Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Mayın 24-də daha 307 rusiyalı hərbçi Kiyev nəzarətində olan ərazidən geri qaytarılıb. Bunun müqabilində Ukrayna Silahlı Qüvvələrinin 307 hərbi əsiri təhvil verilib”, - departamentin məlumatında deyilir.