Narinin qətli ilə bağlı 15 nəfər hakim qarşısında

11:17 - 30 May 2025

Narinin qətli ilə bağlı 15 nəfər hakim qarşısında

Diyarbəkirdə 8 yaşlı Narin Güranın qətli ilə bağlı 6-sı həbsdə olan 12 nəfər və cinayətdə şübhəli bilinən 3 yeniyetmə Diyarbəkir 17-ci Asliye Cəza Məhkəməsində dördüncü dəfə hakim qarşısına çıxıb.


Manset.az Haber Global-a istinadən xəbər verir ki, prokuror onların hər biri üçün 6 aydan 5 ilə qədər həbs cəzası tələb edib.

Qeyd edək ki, hadisə 2024-cü il avqustun 21-də Bağlar rayonunda baş verib. Narin Güranın anası, qardaşı və iki əmisi isə "uşağı qəsdən öldürmə" ittihamı ilə ağırlaşdırılmış ömürlük cəza alıblar. Onlardan biri qızın meyitini çaya atdığı üçün əlavə olaraq 4 il 6 ay həbs cəzasına məhkum edilib.

İstintaq və məhkəmə prosesi davam edir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az