Türkiyədə güclü zəlzələ - Ölən və yaralılar var

09:25 - 03 İyun 2025

Türkiyədə güclü zəlzələ - Ölən və yaralılar var

Türkiyənin Muğla vilayətinin Marmaris sahillərində bu gecə 5,8 bal gücündə zəlzələ baş verib.


Manset.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata görə, qeydə alınan yeraltı təkanların episentri Marmarisdən 10 kilometr məsafədə, 68 kilometr dərinlikdə yerləşib.

Zəlzələ Muğla ilə yanaşı, ətraf bölgələrdə də hiss olunub.

Türkiyənin daxili işlər naziri Əli Yerlikaya sosial şəbəkə hesabında yayımladığı açıqlamada bildirib ki, zəlzələ nəticəsində ciddi dağıntılar qeydə alınmayıb.

Onun sözlərinə görə, AFAD və aidiyyəti qurumlar Muğla valiliyinin koordinasiyası ilə sahə araşdırmalarını davam etdirir.

Nazirin verdiyi məlumata əsasən, zəlzələ zamanı bir nəfər – 14 yaşlı Əfranur Günlü adlı qız Fəthiyədə həyatını itirib. O, zəlzələnin yaratdığı panika nəticəsində pəncərədən tullanaraq ağır xəsarət alıb və xəstəxanada həkimlərin bütün müdaxilələrinə baxmayaraq vəfat edib.

Ümumilikdə 69 nəfərin müxtəlif dərəcəli xəsarət aldığı bildirilir. Onlardan 14-nə hadisə yerində ilkin tibbi yardım göstərilib. 8 nəfər ambulator müalicədən sonra evə buraxılıb, 46 nəfərin isə xəstəxanalarda müalicəsi davam etdirilir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv