Trampdan İrana qarşı sərt açıqlama - "Bu, onların düşündüyündən də pis olacaq" 

14:26 - 13 İyun 2025

Trampdan İrana qarşı sərt açıqlama - \"Bu, onların düşündüyündən də pis olacaq\" 

ABŞ Prezidenti Donald Tramp İrana qarşı sərt təhdidlər səsləndirib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, o, verdiyi açıqlamada bildirib ki, Vaşinqton Tehrana razılaşma üçün şans təqdim edib, lakin bu fürsətdən istifadə olunmayıb.

“İrana razılaşma imkanı verdik. Nə qədər çalışsalar da, bacara bilmədilər. Bu, onların düşündüyündən də pis olacaq”, – deyə Tramp qeyd edib.

Dövlət başçısı sosial şəbəkədə yaydığı paylaşımda ABŞ-nin dünyanın ən ölümcül hərbi texnologiyasına sahib olduğunu vurğulayıb. “İsraildə bunların çoxu var və daha da çoxu yoldadır”, – deyə o əlavə edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az