İran Quru Qoşunlarının hərbçiləri ölkə səmasında vurulan İsrail "F-35"nin pilotunu əsir götürüb.
Manset.az Report-a istinadən xəbər verir ki, bu barədə "NourNews" agentliyi məlumat yayıb.
“Kanal 12”nin məlumatına görə, İsrail Ordusu təyyarənin vurulmasına dair informasiyanı təkzib edib.
***
15:17İranın hava hücumundan müdafiə sistemləri İsrail Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus daha bir “F-35” qırıcısını vurub.
Manset.az Report-a istinadən xəbər verir ki, bu barədə İran KİV-i məlumat yayıb.
“İran İslam Respublikası Ordusunun Hava Hücumundan Müdafiə Qüvvələri ölkənin qərb səmasında daha bir İsrail “F-35” qırıcısını uğurla vuraraq məhv edib”, - məlumatda deyilir.
Bildirilib ki, pilot katapult edib, onun taleyi məlum deyil.