İsrailin hücumu nəticəsində 7 nəfər həyatını itirdi

11:18 - 17 İyun 2025

İsrailin hücumu nəticəsində 7 nəfər həyatını itirdi

Israil ordusunun Qəzza zolağının müxtəlif bölgələrində davam edən hava və quru hücumları nəticəsində, aralarında ana və üç uşağının da olduğu 7 fələstinli həyatını itirib.


Manset.az xəbər verir ki, bu barədə Fələstin xəbər agentliyi WAFA məlumat yayıb.

Məlumata görə, İsrail ordusu Xan Yunus şəhərinin qərbində yerləşən Mevasi bölgəsindəki Şafii Çadır Düşərgəsinə hücum edib. Hücum nəticəsində yerindən didərgin düşmüş fələstinlilərin sığındığı düşərgədə bir ana və üç uşağı daxil olmaqla 5 nəfər həyatını itirib.

Qəzza zolağının mərkəzində yerləşən Deyr əl-Bələh şəhərinin Burc əl-Faysal bölgəsi də səhər saatlarında İsrailin hava hücumuna məruz qalıb. Hücum zamanı bir qadın ölüb.

Bundan əlavə, İsrailə məxsus döyüş təyyarələri Qəzzanın mərkəz hissəsində yerləşən Salahəddin küçəsində humanitar yardım almaq üçün gözləyən fələstinliləri hədəfə alıb. Hava zərbəsi nəticəsində bir fələstinli ölüb, bir neçə nəfər isə yaralanıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az