Ərdoğanın baş müşaviri vəfat etdi

11:54 - 11 İyul 2025

Ərdoğanın baş müşaviri vəfat etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Yiğit Bulut vəfat edib.


Manset.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə AKP-nin İstanbul üzrə millət vəkili Süleyman Soylu sosial şəbəkədə məlumat yayıb.

“Prezidentin baş müşaviri, İqtisadi Siyasət Şurasının üzvü, jurnalist, yazar və iqtisadçı alim, dəyərli dostum Yiğit Bulut bu gün səhər saatlarında ağır xəstəlikdən sonra dünyasını dəyişib. Ailəsinə, yaxınlarına başsağlığı verirəm. Allah rəhmət eləsin!”, - deyə, Soylu yazıb.

Xatırladaq ki, iyulun 7-si Y. Bulutun vəziyyətinin pisləşdiyi və özəl xəstəxanalardan birində xərçəng xəstəliyindən müalicə olduğu barədə məlumat yayılmışdı.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az