"Biz daha böyük güclə geri dönəcəyik" - İran

14:27 - 11 İyul 2025

\"Biz daha böyük güclə geri dönəcəyik\" - İran

İsrailin müdafiə naziri İsrael Katz, Hərbi Hava Qüvvələrinin pilot hazırlığı kursunun buraxılış mərasimində İrana sərt xəbərdarlıq edib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Katz, "Gizlənə biləcəyiniz yer yoxdur, əgər geri dönməli olsaq, daha böyük qüvvə ilə geri dönəcəyik," deyərək, İranın təhdidlərinə qarşı İsrailin gücünü nümayiş etdirib.

Baş Qərargah rəisi Eyal Zamir isə, İranla keçirilən 12 günlük müharibəyə işarə edərək, İsrailin təhdidlər qarşısında necə birləşib güclü cavab verdiyini vurğulayıb.

Hərbi Hava Qüvvələrinin komandanı general-mayor Tomer Bar da, İranın "üçüncü halqa" ölkəsindən "birinci halqa"ya çevrildiyini və mübarizənin hələ bitmədiyini açıqlayıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az