Qəzzada İsrailin hücumları - 139 Ölüm, 425 Yaralı

09:42 - 14 İyul 2025

Qəzzada İsrailin hücumları - 139 Ölüm, 425 Yaralı

 Qəzzada son 24 saatda 139 nəfərin öldüyünü, 425 nəfərin isə yaralandığı bildirilib.


Manset.az xəbər verir ki, bu barədə Səhiyyə nazirliyi məlumat yayıb. 

Yanvarın 19-dan sonra başlayan hücumlarda, 18 martdan etibarən 7450 fələstinli həyatını itirib, 26,479 nəfər yaralanıb. 7 oktyabrdan bu yana ölənlərin sayı isə 58,026, yaralıların sayı isə 138,520-yə çatıb.

İsrailin son hücumlarında yardım paylama məntəqələrində gözləyən 28 nəfər ölüb, 180-dən çox insan yaralanıb. Mayın 27-dən bəri bu hücumlarda ölənlərin sayı 833-ə, yaralıların sayı isə 5432-yə yüksəlib. Fələstin hökuməti, humanitar yardımların bölgəyə çatdırılmasında çətinlik olduğunu bildirib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az