Məşhur "Faladdin" tətbiqinin sahibi həbs edildi

01:30 - 18 İyul 2025

Məşhur \"Faladdin\" tətbiqinin sahibi həbs edildi

Türkiyədə falçılıq, astrologiya, spiritualizm, mediumluq, ulduz xəritəsi kimi müxtəlif sahələrdə xidmətlər göstərən "Faladdin" və "Binnaz" adlı tətbiqlərin sahibi Sertaç Taşdelen həbs edilib.


Manset.az Oxu.az-a istinadla xəbər verir ki, Taşdelen barəsində sahibi olduğu "Faladdin" və "Binnaz" vasitəsilə internet saytlarında falçılıq edərək cinayət yolu ilə gəlir əldə etdiyi və gəlirləri xaricə köçürdüyü iddiası ilə istintaq başlanılıb.

İstintaq çərçivəsində onun falçılıq, astrologiya, mediumluq, ulduz xəritəsi kimi xidmətlərə görə ödəniş aldığı və bu yolla əldə etdiyi gəlirləri xaricə köçürdüyü müəyyən edilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az