Türkiyənin məşhur aktyoru və prodüseri Mehmet Ali Tuncer vəfat edib.
Manset.az türk mediasına istinadən xəbər verir ki, iş adamı Əkrəm Tuncer qardaşının ölümünü təsdiqləyərək, onun ürək xəstəliyi səbəbindən dünyasını dəyişdiyini bildirib.
"İmam", "Sevgi Yunus Əmrənin Səyahəti" və "Konstantinin Kodları" kimi tanınmış işlərdə rol almış Tuncer bir müddətdir ürək xəstəliyi səbəbindən müalicə alırdı.
Aktyor Ahmet Yenilmez Tunceri "saf, məsum bir Anadolu gənci" olaraq xatırlayıb.