ABŞ prezidenti Donald Tramp Coca-Cola şirkətinin ABŞ-də istehsal etdiyi içkilərdə yüksək fruktozalı qarğıdalı siropu yerinə əsl qamış şəkərindən istifadə etməyə razılaşdığını iddia edib.
Manset.az xəbər verir ki, ABŞ Prezidenti by barədə "Truth Social" hesabında verdiyi açıqlamada deyib.
Tramp bu addımı müsbət qiymətləndirərək, "Çox yaxşı addım olardı" sözlərini qeyd edib.
Coca-Cola şirkəti isə Trampın açıqlamasını nə təsdiq edib, nə də təkzib edib. Rəsmi bəyanatda, "Trampın markaya olan marağını alqışlayırıq" və "Tezliklə yeni məhsullar haqqında təfərrüatları paylaşacağıq" ifadələri yer alıb.
Qeyd edək ki, Coca-Cola və digər şirniyyat istehsalçıları ABŞ bazarında tez-tez fruktoza qarğıdalı siropunun istifadəsi ilə bağlı müzakirələrə səbəb olurlar