Musson yağışları nəticəsində ölənlərin sayı 242 nəfərə çatdi

11:20 - 23 İyul 2025

 Musson yağışları nəticəsində ölənlərin sayı 242 nəfərə çatdi

Pakistanda iyunun sonunda başlayan musson yağışları nəticəsində ölənlərin sayı 242-yə çatıb, 600 nəfər yaralanıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, 40 qadın və 104 uşaq həyatını itirib. Ən çox zərər çəkən Pəncab əyalətində 135 ölüm və 470 yaralanma qeydə alınıb. Musson yağışları zamanı 804 ev zərər görüb. Ölənlərin əksəriyyəti binaların uçması, torpaq sürüşmələri, daşqınlar və ildırım vurması nəticəsində həyatını itirib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az