ABŞ Prezidenti Donald Tramp, İsrailin Qəzza zolağını işğal planını şərh etməkdən imtina edib.
Manset.az xəbər verir ki, o, hazırda Qəzza xalqına humanitar yardım çatdırmağa fokuslandığını vurğulayıb: "Diqqətimi buna yönəldirik, digər məsələlər İsrailin işidir."
Ukraynadakı müharibəyə dair Tramp, bu müharibənin ABŞ Prezidenti Co Baydenin müharibəsi olduğunu və onun bitirilməsi üçün hazır olduğunu bildirib.
Rusiya və Çindən enerji alaraq, 100% tarif tətbiqi ilə bağlı isə Tramp, sabahki Rusiya görüşünün nəticələrinə görə qərar verəcəyini bildirib.