Əlcəzairdə təyyarə qəzası - 4 nəfər öldü

11:09 - 06 Avqust 2025

Əlcəzairdə təyyarə qəzası - 4 nəfər öldü

Əlcəzairin Cicel şəhərində meşə yanğınlarını izləyən kiçik mülki müdafiə təyyarəsi qəza keçirib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Ferhat Abbas hava limanı yaxınlığında baş verən hadisədə 4 nəfər, o cümlədən biri xarici vətəndaş, həlak olub.

Yerli mənbələrdən alınan məlumata görə, təyyarə havaya qalxdıqdan cəmi 1 dəqiqə sonra Çiceldən təxminən 15 kilometr şərqdə yerləşən Ferhat Abbas hava limanını əhatə edən hasara çırpılıb.

Qəzada Mülki Müdafiə Hava Bölməsinin komandiri polkovnik Rıdvan Berci, kursant pilot Süheyb Qalayi, uçuş təlimatçısı və "Hava Traktor" şirkətinin pilotu həyatını itirib. Təyyarə Sekikda şəhərindəki yanğınları izləmək üçün havaya qalxıb.

Əlcəzair bu yay meşə yanğınları ilə mübarizə üçün 15-dən çox təyyarə və helikopter ayırmışdı.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az