Donald Tramp: “Stiven Uitkoff bu gün Moskvada Putinlə məhsuldar görüş keçirib”.
Manset.az xəbər verir ki, bu barədə ABŞ-ın sabiq prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsində məlumat paylaşıb.
“Görüşdə xeyli irəliləyiş əldə olunub. Bundan sonra bəzi avropalı müttəfiqlərimizə məlumat verdim. Hamı razıdır ki, bu müharibə bitməlidir. Biz yaxın günlərdə və həftələrdə buna çalışacağıq”, - Donald Tramp yazıb.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoff arasında görüş təxminən üç saat davam edib.
Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, görüş zamanı cənab Putin Ukraynadakı mnaqişənin həlli ilə bağlı bəzi siqnallar verib.