ABŞ ordusunun Corciyadakı Fort Stüart hərbi obyektində silahlı insident baş verib.
Manset.az Oxu.az-a istinadən xəbər verir ki, ilkin məlumata görə, 5 nəfər ölüb.
Hərbi bazanın rəsmi "Facebook" hesabından edilən yazılı açıqlamada silahlı hücuma görə bazaya giriş-çıxışın bağlandığı qeyd edilib.
Fort Stüart bir neçə min əsgərin yerləşdiyi əsas ABŞ bazalarından biridir. Yanvar ayında bazada hərbi təlim zamanı iki əsgər həlak olub.