"Atəşkəs Putindən asılıdır" - Tramp

09:21 - 08 Avqust 2025

\"Atəşkəs Putindən asılıdır\" - Tramp

Oval ofisdə çıxış edən ABŞ prezidenti Donald Tramp bildirib ki, atəşkəsin əldə olunması Rusiya prezidenti Vladimir Putindən asılıdır.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Tramp, Putinin Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşməyə razılıq vermədən əvvəl onunla görüşməsinin zəruriliyinə dair suala "Xeyr" cavabını verib və əlavə edib ki, məqsədi "ölümləri dayandırmaq"dır.

Tramp, mətbuat konfransında Rusiya-Ukrayna münaqişəsi ilə bağlı sualları cavablandıraraq, atəşkəs məsələsinin tamamilə Putinlə bağlı olduğunu və verdiyi müddətə hələ də nə cavab verəcəyini gözlədiyini vurğulayıb. "Onun nə deyəcəyini görəcəyik, amma mən bu günə qədər məyus oldum" deyə o qeyd edib.

Ağ Evin sözçüsü Karoline Leavitt isə açıqlamasında, Rusiya tərəfinin ABŞ prezidentinə görüşmək istədiyini, həmçinin Trampın Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşməyə açıq olduğunu bildirib. Tramp, ABŞ-Rusiya danışıqlarından sonra Putinlə görüşmək ehtimalının yüksək olduğunu da qeyd edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az