ABŞ Prezidenti Donald Trampın təyyarəsi Rusiya lideri Vladimir Putinlə görüş öncəsi Alyaskaya eniş edib.
Manset.az xəbər verir ki, Rusiya nümayəndə heyəti də Ankoric mehmanxanasını tərk edərək Putin-Tramp görüşünə yollanıb.
Ağ Evdən verilən məlumata görə, Putin və Tramp arasında görüş nazirlərin iştirakı ilə təkbətək deyil, üçə-üç formatında keçiriləcək.