Pakistanda iyunun 26-dan bəri davam edən musson yağışları nəticəsində 730 nəfər ölüb, 1000 nəfərdən çox insan yaralanıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, daşqınlar və torpaq sürüşmələri evlərin uçmasına, ildırımın isə çoxsaylı binaları vurmasına səbəb olub.
Kəraçidə 17 nəfər həyatını itirib, dərslər dayandırılıb, elektrik kəsilib. Baş nazir Şahbaz Şərif, Xeyber-Paxtunxvada vəziyyəti yerində yoxlayıb və daha güclü yağışların gözlənildiyini bildirib. Daşqınlardan zərər çəkən ərazilərdə axtarış işləri davam edir.