İtaliyanın Milan şəhərindəki Malpensa hava limanının 1-ci terminalında sərnişin tərəfindən yanğın törədilib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisə, qapının yaxınlığında yerləşən zibil qutusunun yandırılması ilə baş verib. Yanğının təsiri ilə sərnişinlər arasında panika yaranıb.
Yanğından sonra sərnişin, çəkiclə bir neçə check-in ekranını sındırıb. Təhlükəsizlik işçiləri tərəfindən tez bir zamanda zərərsizləşdirilən şəxs, hava limanı polisi tərəfindən nəzarətə götürülüb.
Yanğınsöndürənlər hadisəyə müdaxilə edib və təhlükəsizlik məqsədilə terminalda təxliyə edilib. Təhlükəsizlik yoxlamaları tamamlandıqdan sonra hava limanında fəaliyyət bərpa olunub.
Hadisə ilə bağlı araşdırmalar davam edir.