Tədqiqatçılar dəri xəstəlikləri üzərində böyük addım atdı

16:47 - 21 Avqust 2025

Tədqiqatçılar dəri xəstəlikləri üzərində böyük addım atdı

Avstraliyalı tədqiqatçılar dünyada ilk dəfə olaraq, insan dərisinə ən yaxın olan, qan damarları, sinirlər, saç folikülləri və immun hüceyrələri ehtiva edən laboratoriya modeli hazırlayıblar. Kvinslend Universitetindən verilən açıqlamaya görə, elm adamları insan dəri hüceyrələrini kök hüceyrəyə çevirərək “dəriyə bənzər orqan” yaradıblar.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, tədqiqatçılar laboratoriyada istehsal edilən kiçik qan damarlarını bu modelə inteqrasiya edərək, çox qatlı dəri toxuması ilə özünəməxsus qan dövranı sistemini meydana gətiriblər. Araşdırmaya rəhbərlik edən Dr. Abbas Shafiee, daha əvvəl istehsal edilən dəri modellərinin yalnız üst təbəqələri təqlid etdiyini, lakin bu yeni quruluşun insan dərisinə ən yaxın model olduğunu bildirib. O, yeni modelin saç kökləri, sinir hüceyrələri, piqmentasiyası, immun sistemi və qan dövranı ilə insan dərisinin xüsusiyyətlərini tam şəkildə əks etdirdiyini vurğulayıb.

Shafiee, həmçinin, sedef və ekzema kimi dəri xəstəliklərinin bu yeni model vasitəsilə daha dəqiq araşdırıla biləcəyini və müalicə üsullarının sınaqdan keçirilə biləcəyini qeyd edib. Tədqiqatçı, həmçinin, yaraların sağalması və digər dəri xəstəlikləri ilə bağlı əhəmiyyətli irəliləyişlərin əldə ediləcəyini bildirərək, bu modelin tibb sahəsində böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Araşdırmanın nəticələri “Wiley Advanced Healthcare Materials” jurnalında dərc olunub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az