Kolumbiyanın Kali şəhərində hərbi hava bazası yaxınlığında baş vermiş partlayış nəticəsində 6 nəfər ölüb, 60-dan çox insan isə yaralanıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisə, Marko Fidel Suarez aviabazasının yaxınlığında bir yük maşınının partladılması ilə baş verib.
Kolumbiya prezidenti Qustavo Petro, sosial mediada verdiyi açıqlamada hücuma görə məsuliyyət daşıyan şəxsin Kolumbiya İnqilabçı Silahlı Qüvvələri (FARC) tərkibindəki keçmiş lideri İvan Mordiskon olduğunu bildirib.
Kali şəhərinin bələdiyyə başçısı Alejandro Eder isə bu gündən etibarən şəhərə 4 tondan yuxarı yük maşınlarının girişini məhdudlaşdıracaqlarını açıqlayıb. Həmçinin, hücumun təşkilatçılarının müəyyən edilməsinə kömək edəcək şəxslərə mükafat veriləcəyi də bildirilib.