Ermənistanın yüzlərlə yük maşını Rusiyaya buraxılmadı

09:57 - 24 Avqust 2025

Ermənistanın yüzlərlə yük maşını Rusiyaya buraxılmadı

Ermənistan parlamentinin deputatı Qarnik Danielyan bildirib ki, Gürcüstandan Rusiyaya kənd təsərrüfatı məhsulları aparan yüzlərlə yük maşını geri - Ermənistana qaytarılıb.


Manset.az Oxu.az-a istinadən xəbər verir ki, deputat bu barədə sosial şəbəkədə paylaşım edib.

Onun sözlərinə görə, gavalı, şaftalı və üzüm yüklənmiş avtomobillər Yuxarı Lars sərhəd-keçid məntəqəsindən geri qaytarılıb.

Danielyan bildirib ki, sürücülərə səbəb kimi "fitosanitar problemlər" göstərilib.

Deputat əlavə edib ki, təkcə kənd təsərrüfatı məhsulları deyil, digər yüklər, xüsusilə də tikinti materialları da ciddi yoxlamalara məruz qalır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az