G7 nazirləri onlayn toplanır

17:20 - 24 Avqust 2025

G7 nazirləri onlayn toplanır

G7-nin xarici işlər nazirləri avqustun 24-də Ukraynanın Müstəqillik Günündə onlayn görüş keçirəcək.


Manset.az xəbər verir ki, bu barədə İtaliya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Nazirliyin rəhbəri Antonio Tayani sülh və suverenliyə hörmət yolunda Ukraynaya hərtərəfli dəstəyi təsdiqləyib. O, həmçinin İtaliya Xarici İşlər Nazirliyinin fasadının Ukrayna bayrağının rənglərində işıqlandırılmasını tapşırıb.

Bildirilir ki, nazir “Böyük Yeddiliy”ə sədrlik edən Kanadanın çağırdığı virtual G7 toplantısında iştirak edəcək.

G7 ölkələri liderlərin avqustun 18-də Vaşinqtonda keçirilmiş görüşünün nəticələrini yekunlaşdıracaq və Ukraynada sülhün bərqərar olması perspektivlərini müzakirə edəcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az