ABŞ İraqdakı iki bazadan qoşunlarını çıxarır

17:59 - 24 Avqust 2025

ABŞ İraqdakı iki bazadan qoşunlarını çıxarır

ABŞ İraqdakı "Ayn əl-Əsəd" və "Viktoriya" bazalarından qoşunlarını çıxarmaq qərarına gəlib.


Manset.az xəbər verir ki, bu barədə "Sky News Arabia" telekanalı mənbələrə istinadən məlumat yayıb.

Mənbəyə görə, ABŞ qoşunlarını Ərbildəki hərbi bazaya və qonşu ərəb ölkəsinə köçürməyə başlayır.

"Amerikalılar iraqlı həmkarlarına qoşunların çıxarılması prosesini sürətləndirəcəklərini və iki ölkə arasında çərçivə sazişində müəyyən edilmiş qrafikə əməl etməyəcəklərini bildiriblər", - telekanalın mənbəyi bildirib.

Xatırladaq ki, 2024-cü ilin sentyabrında ABŞ İraqdakı beynəlxalq missiyasının başa çatdığını və qoşunların çıxarılmasını elan edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az