Şimali Koreya onları hədələdi - "Əvəzini ağır ödəyəcəklər”

11:04 - 26 Avqust 2025

Şimali Koreya onları hədələdi - \"Əvəzini ağır ödəyəcəklər”

Şimali Koreya, ABŞ və Cənubi Koreyanın keçirdiyi "Ulçi Azadlıq Qalxanı" təlimlərini sərt şəkildə tənqid edib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Şimali Koreya Baş Qərargah Rəislərinin müavini Kim Yonq Bok, təlimin müdafiə məqsədi daşımadığını və əslində hücum hazırlığı olduğunu bildirib. O, təlimin Koreya yarımadasını işğal etmək niyyətinin açıq ifadəsi olduğunu vurğulayıb.

Şimali Koreya, təlimlərdə iştirak edən F-35 döyüş təyyarələrinin provokativ hərəkətlər olduğunu, bu təlimin "əsl müharibəyə hazırlıq" olduğunu qeyd edib. Həmçinin, ABŞ və Cənubi Koreya tərəfini təlimləri dayandırmağa çağırıb, yoxsa "ağır nəticələr" ilə üzləşəcəklərini bildiriblər.

Şimali Koreya, Vaşinqton və Seul ittifaqının təhdid etdiyi təlimlərdən sonra ABŞ prezidenti Donald Trampın Cənubi Koreya lideri ilə Ağ Evdəki görüşünü də "təhdid" olaraq qiymətləndirib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az