Qəzzada ölənlərin sayı 62 min nəfəri ötdü

14:25 - 26 Avqust 2025

Qəzzada ölənlərin sayı 62 min nəfəri ötdü

 İsrailin 7 oktyabr 2023-cü ildən Qəzza zolağına başladığı hücumlar nəticəsində ölənlərin sayı 62 min 819, yaralıların sayı isə 158 min 629 nəfərə çatıb.


Manset.az xəbər verir ki, bu barədə Fələstin səhiyyə nazirliyi məlumat yayıb.

Son 24 saatda bölgədə 75 nəfər həlak olub, 370 nəfər yaralanıb. Martın 18-də atəşkəsin birtərəfli pozulmasından sonra 10 min 975 fələstinli ölüb, 46 min 588 nəfər yaralanıb.

İsrailin yardım məntəqələrinə hücumları nəticəsində ölənlərin sayı 2 min 140, yaralıların sayı isə 15 min 737 nəfər olub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az