Avstraliyanın milli poçt və yük agentliyi olan "Australia Post", ABŞ-yə poçt və yük daşımalarının bu gündən etibarən dayandırıldığını açıqlayıb.
Manset.az xarici mediaya istinadla xəbər verir ki, bu qərar, ABŞ-nin tətbiq edəcəyi yeni gömrük qaydalarına əsaslanır.
"Australia Post"un açıqlamasında ABŞ-nin aşağı dəyərli paketlərə tətbiq edəcəyi yeni gömrük tariflərinin, poçt və yük daşımalarının əksəriyyətini dayandırmağa səbəb olduğu bildirilib. Yalnız 150 dollar və daha az olan məktubların, sənədlərin və hədiyyələrin göndərilməsinə icazə veriləcək, digər göndərişlər isə "sonrakı xəbərdarlığa qədər" qəbul edilməyəcək.
Qərar bu gündən qüvvəyə minib və ABŞ-nin Puerto Rikoya göndəriləcək məhsullarının əksəriyyəti də bu çərçivəyə daxil edilib.
Açıqlamada qeyd edilib ki, vəziyyətin mürəkkəb və sürətlə dəyişən xarakteri ilə əlaqədar olaraq müştərilərə dayanıqlı həll yolları hazırlamaq məqsədilə müvəqqəti və qismən dayandırma zərurəti yaranıb.