Almaniya Fələstini tanımaqdan imtina etdi

15:41 - 26 Avqust 2025

Almaniya Fələstini tanımaqdan imtina etdi

Almaniya kansleri Fridrix Merz müstəqil Fələstin dövlətinin tanınması məsələsinə münasibət bildirib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, o, bu dövlətin tanınması üçün tələb olunan şərtlərin yerinə yetirilmədiyini vurğulayıb və bu mövzuda dəstək verməyəcəklərini açıqlayıb.

Almaniya kansleri, Kanadanın baş naziri Mark Karni ilə birgə mətbuat konfransında çıxış edərək, hazırda müstəqil Fələstin dövlətinin tanınması üçün heç bir əsaslı şəraitin mövcud olmadığını bildirib.

Merz, bu qərarın digər ölkələrdən, o cümlədən Kanada və Fransadan fərqli olaraq, gələn ay BMT Baş Assambleyasının iclasında dəstəklənməyəcəyini qeyd edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az