Nigeriyada daşqınlar 7 nəfərin ölümünə səbəb oldu

17:09 - 26 Avqust 2025

Nigeriyada daşqınlar 7 nəfərin ölümünə səbəb oldu

Nigeriyanın Yobe əyalətində güclü leysan yağışlarının törətdiyi daşqınlar nəticəsində 7 nəfər həyatını itirib, çox sayda insan xəsarət alıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, 4 500-dən çox ev təsərrüfatı zərər çəkib, 12 mindən artıq şəxs evlərini tərk etmək məcburiyyətində qalıb.

Əyalət hökuməti zərərçəkənlərə qida, sığınacaq və tibbi yardımın göstərilməsi üçün təcili tədbirlər həyata keçirir.

Ətraf Mühit Nazirliyi isə ölkənin 9 əyalətində avqustun 29-dək davam edəcək yağışların daşqın riskini artıracağı barədə xəbərdarlıq edib.

Bu il Nigeriyada daşqınlar nəticəsində 220-dən çox insan ölüb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az