Türkiyədə yaşayış binasında yanğın oldu - 4 uşaq öldü

10:27 - 14 Dekabr 2021

Türkiyədə yaşayış binasında yanğın oldu - 4 uşaq öldü

Türkiyənin İstanbul şəhərinin Esenyurt rayonunda binanın zirzəmisində baş verən yanğın nəticəsində 4 uşaq ölüb, 2 nəfər yaralanıb.

Manset.az “TRT Haber”ə istinadən xəbər verir ki, yanğın binanın zirzəmisindəki elektrik qızdırıcısından başlayıb.

Hadisə yerinə polis, təcili tibbi yardım və xilasedici heyətlər cəlb olunub. Yanğından xilas edilən bir qadın və uşaq isə yaralı halda xəstəxanaya çatdırılıb. Hadisə ilə bağlı araşdırma aparılır.

Məlumata görə, yaralı qadının həyat yoldaşı həbsxanadadır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az