Qusardakı hoteldə əcnəbinin meyiti tapıldı

14:31 - 14 Fevral 2026

Qusardakı hoteldə əcnəbinin meyiti tapıldı

Qusarda yerləşən hoteldə meyit tapılıb.


Manset.az Bizim.media-ya istinadən xəbər verir ki, hadisə fevralın 13-ü saat 14 radələrində Çiləgir kəndində yerləşən “Chateau” hotelində baş verib.

1957-ci il təvəllüdlü Ukrayna vətəndaşı Boris Merzlyakovun meyiti hotel otağında aşkarlanıb.

Meyitin üzərində zorakılıq əlamətləri müşahidə edilməyib.

Şəxsin ölüm səbəbi hələlik məlum deyil.

Faktla bağlı Qusar Rayon Prokurorluğunda araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az